• Yanvar 12, 2026
  • Redactor Neftchi
  • 0

Bakı Atletika Mərkəzində 2011–2012-ci il təvəllüdlü idmançılar arasında atletika üzrə paytaxt birinciliyi (qapalı məkanda) keçirilib. Yarış Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə gerçəkləşib.

“Neftçi” İdman Klubunun atletlərindən Kiril Podqorodeskiy hündürlüyə tullanma yarışında qalib olub. Məmmədsadiq Canbaxışlı 60 metr məsafəyə qaçış və uzunluğa tullanma yarışlarında gümüş medal qazanıb. Digər idmançımız İbrahim Babayev isə uzunluğa tullanmada bürünc medala layiq görülüb. Xanım idmançımız Emiliya Paşayeva isə qızlar arasında təşkil olunan uzunluğa tullanma yarışında ikinci yeri tutub.