• Yanvar 26, 2026
  • Redactor Neftchi
  • 0

Bakı Atletika Mərkəzində 2009-2010-cu il təvəllüdlü idmançılar arasında atletika üzrə paytaxt birinciliyi (qapalı məkanda) keçirilib.

“Neftçi” İdman Klubunun yetirmələrindən Bülbül Babayev hündürlüyə tullanmada 1,8 metr nəticə göstərərək qızıl medal qazanıb. İbrahim Bəndərli nüvəitələmə (10,37 metr), Nicat Məmmədov isə üçtəkanla tullanma (11, 01 metr) yarışında üçüncü yeri tutub.