
“Neftçi” İdman Klubunun atletləri AİA-nın stadionu və AAF-ın atma növləri üzrə bazasında keçirilən Bakı şəhər cempionatında bacarıqlarını nümayiş etdiriblər.
İdmançılarımızdan Bülbül Babayev hündürlüyə tullanma növündə 1,55 metr nəticə göstərərək ikinci yeri tutub.
Nizə atma yarışında İradə Əliyeva (41,83 metr) və Orxan Qasımov (52.28 metr) qızıl, İslam Qəhrəmanzadə (48,72 metr) isə gümüş medala sahib olub.İsmayıl Əliyev nüvəitələmə (16,58 metr), lövhə atma (47, 65 metr) və çəkic atma (40, 76 metr) üzrə yarışların hər birində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.




