• İyun 16, 2025
  • Redactor Neftchi
  • 0

Gənclər və İdman Nazirliyi, Dünya Atletikası və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə əməkdar məşqçi Əfqan Səfərovun 28-ci beynəlxalq memorialı keçirilib.

Yarışda Azərbaycan atletləri ilə yanaşı, Gürcüstan və Tacikistandan ümumilikdə 70-ə yaxın idmançı mübarizə aparıb.
“Neftçi” İdman Klubunun atletləri beynəlxalq turnirin 5 medalına yiyələniblər. Kişilər arasında nüvəitələmə yarışında qalib olan İsmayıl Əliyev 17.50 metr nəticə göstərərək 1961-ci ildən bəri Zaur Sadıxova məxsus olan Azərbaycan rekordunu yeniləyib. Üç təkanla tullanmada Nazim Babayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Lamiyə Vəliyeva 200 və 400 metr məsafəyə qaçışda qızıl medala sahib olub. Digər təmsilçimiz İradə Əliyeva isə nüvəitələmə yarışında gümüş medala layiq görülüb.