Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə atletika üzrə Azərbaycan Çempionatı keçirilib.
“Neftçi” İdman Klubunun təmsilçiləri əzmlə mübarizə apararaq turnirin 9 (7 qızıl, 2 gümüş) medalına yiyələniblər.
Nizə atma yarışında atletlərimizdən İradə Əliyeva qadınlar, Orxan Qasımov isə kişilər arasında çempion olub. Digər idmançımız İslam Qəhrəmanzadə isə gümüş medala sahib olub. 100 metr məsafəyə qaçışda Lamiyə Vəliyeva finişə hamıdan tez çatıb və qızıl medal qazanıb. Hündürlüyə tullanma yarışında Bülbül Babayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, uzunluğa tullanmada isə Nazim Babayev ikinci pillədə qərarlaşıb. Nüvəitələmə yarışında İsmayıl Əliyev bütün rəqiblərini üstələyərək liderliyə yüksəlib. Lövhə atmada Lalə Cəniyeva qadınlar, İsmayıl Əliyev isə kişilər arasında ölkə çempionatının qalibi adını qazanıb.





