Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə qapalı məkanda 2011-2012-ci il təvəllüdlü idmançılar arasında keçirilən respublika birinciliyinə yekun vurulub. Bakı Atletika Mərkəzində reallaşan yarışda müxtəlif bölgələrdən 200-ə yaxın atlet iştirak edib. İdmançılar uzunluğa tullanma, hündürlüyə tullanma, nüvəitələmə, 60 m, 200 m, 400 m, 800 m, 1500 m, 3000 m məsafəyə qaçış və 4×200 m estafet qaçış növlərində bacarıqlarını nümayiş etdiriblər.
Klubumuzun atletlərindən Kiril Podqorodeski (1,48 metr) hündürlüyə tullanma yarışında gümüş medal qazanıb. Digər təmsilçimiz Məmmədsadiq Canbaxışlı (5,67 metr) uzuluğa tullanmada eyni uğuru təkrarlayıb. O, 60 metr məsafəyə qaçışda (7.89 saniyə) isə bürünc medal əldə edib. Şəmsəddin Əliməmmədov (1,40 metr) isə hündürlüyə tullanma yarışında üçüncü yeri tutub.


