• İyun 28, 2026
  • Redactor Neftchi
  • 0

Əməkdar məşqçi Hacıbaba Zeynalovun xatirəsinə həsr olunmuş atma növləri üzrə Respublika turniri keçirilib.

“Neftçi” İdman Klubunun atletlərindən Lalə Cəniyeva lövhə atma yarışında 41,51 metr nəticə ilə qadınlar arasında turnirin qalibi olub. O, nüvəitələmə növündə (10,06 metr) isə gümüş medala layiq görülüb.

Digər xanım idmançımız Marqarita Qornostayeva nizə atma yarışında (17,12 metr) üçüncü yeri tutub.Kişilərin mübarizəsində İbrahim Bəndərli nüvəitələmə (11,13 metr), Mixail Qornostayev isə nizə atma (20,10 metr) növündə gümüş medal qazanıblar. Digər atletimiz Kərim Qayıbov isə nizə atma yarışında (18,57 metr) fəxri kürsünün üçüncü pilləsində yer alıb.