
Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Suraxanı Atmalar Bazasında Əməkdar məşqçi Hacıbaba Zeynalovun xatirəsinə həsr olunmuş atma növləri üzrə respublika turniri keçirilib.
“Neftçi” İdman Klubunun atletlərindən İsmayıl Əliyev nüvəitələmə yarışmasında 17,24 metr göstərici ilə qızıl medal qazanıb. Marqarita Qornistayeva isə nizə atmada 18,94 metr nəticə göstərərək ikinci yerə çıxıb.



