Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı sona yetib. Yarışın sonuncu günlərində sərbəst güləşçilər döşək üzərinə çıxıblar.
“Neftçi” İdman Klubunun yığma komandamızın heyətində yer alan sərbəst güləşçilərindən Əli Rəhimzadə (65 kq) və Turan Bayramov (74 kq) mötəbər yarışın bürünc medalını qazanıblar.
Qeyd edək ki, daha əvvəl Yunan-Roma güləşçilərimizdən Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) qızıl, Rəşad Məmmədov (55 kq) və Ülvü Qənizadə (72 kq) isə gümüş medala sahib olub.