• Noyabr 1, 2026
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan təmsilçisi Ayan Əliyeva (63 kq) İordaniyanın paytaxtı Əmmanda keçirilən cüdo üzrə gənclər arasında Asiya Kubokunda böyük uğura imza atıb. Turnirdə inamlı mübarizə aparan idmançımız bütün qarşılaşmalardan qalib ayrılaraq qızıl medal qazanıb.

Qeyd edək ki, beynəlxalq yarışa 19 ölkədən 121 cüdoçu qatılıb.