• İyul 2, 2026
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun yetirməsi Ayxan Həsənli İspaniyada keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa birinciliyində mükafata layiq görülüb. Səksən bir kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız yarışın bürünc medalını qazanıb. Cüdoçumuz üçüncü yer uğrunda qarşılaşmada sloveniyalı Maks Çebulya tam üstünlüklə qalib gələrək bu uğura imza atıb.