Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyunları keçiriləcək.
“Qaradağ Lökbatan” komandası növbəti mərhələyə yüksəlmək uğrunda Premyer Liqa təmsilçisi “İmişli” ilə qarşılaşacaq. Yevlax şəhər stadionunda baş tutacaq oyuna saat 14:00-da start veriləcək. Görüş CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.
