
Azərbaycanın amputant futbolçulardan ibarət yığması Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunda növbəti oyununu keçirib. Komandamız bu gün İsrail millisi ilə qarşılaşıb. “ASCO Arenada” gerçəkləşən görüşdə qalib müəyyənləşməyib və matç qolsuz bərabərliklə başa çatıb.
Xatırladaq ki, millmiz ötən gün Belçikaya 3:0 hesabı ilə qalib gəlmişdi. Yığma növbəti oyunlarını oktyabrın 19-da Niderland və Ukrayna millilərinə qarşı keçirəcək.
Qeyd edək ki, Azərbaycan yığmasının bütün üzvləri “Neftçi” İdman Klubunun amputant futbol komandasının təmsilçilərindən ibarətdir.









