• May 2, 2025
  • Redactor Neftchi
  • 0

Bu gün Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib.Yarışın ilk günündə “Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində təmsil olunan cüdoçusu Balabəy Ağayev (60 kq) uğurla çıxış edərək turnirin qalibi olub. İdmançımız səkkizdəbir finalda Acıtı Dombuunu (IJF), ardınca isə özbəkistanlı Anvarjon İbrohimovu məğlub edib. O, yarımfinalda Ariunbold Enxtayvandan (Monqolustan) üstün olub. Balabəy Ağayev finalda yerli idmançı Muhammadsoleh Quvatova qalib gəlib və qızıl medala sahib olub.