
“Klubumuz üçün tarixi bir oyun idi. Çünki ilk dəfə idi ki, Avropa kuboku yarışında çıxış edirdik. Təəssüf ki, məğlub olduq. Oyunun əvvəli və sonu istədiyimiz kimi getmədi, bizim üçün o qədər də yaxşı alınmadı. Qarşılaşmanın əvvəlindən rəqibə on iki xallıq üstünlük verdik. Bundan sonra bütün oyun boyu xal fərqini azaltmağa çalışdıq. Deyə bilərəm ki, 30 dəqiqə yaxşı oynadıq. Amma əvvəldə də qeyd etdiyim kimi, başlanğıc və son bizim üçün yaxşı keçmədi.
İrəliyə baxmalıyıq, analiz etməliyik və səhvlər üzərində işləməliyik ki, növbəti oyunlarda onları təkrarlamayaq”.