Bu gün basketbol üzrə Azərbaycan kubokunun qrup mərhələsində “Neftçi” “Cəlilabad”la qarşılaşıb. “Sərhədçi” İdman Mərkəzində təşkil olunan görüşdə komandamız rəqibi üzərində 82:71 hesablı qələbəyə imza atıb.
Qeyd edək ki, bu, təmsilçimizin qrup mərhələsindəki ardıcıl üçüncü qələbəsidi. Onu da əlavə edək ki, bu qələbə ilə “Neftçi” qrupdan çıxmağı təmin edib.

Ən məhsuldar basketbolçular “Neftçi”dən Ceyms Haforn (17 xal, 7 ribaund), “Cəlilabad”dan Rişon Conson (18 xal, 6 ribaund) olub.