Basketbol üzrə Azərbaycan kubokunun qrup mərhələsində “Neftçi” “Xırdalan”la üz-üzə gəlib. “Sərhədçi” İdman Mərkəzində keçirilən və gərgin mübarizə şəraitinin müşahidə olunduğu qarşılaşmada komandamız rəqibini 80:68 hesabı ilə məğlub edib.

Ən məhsuldar basketbolçular “Neftçi”dən Ceyms Haforn (13 xal, 3 ribaund), “Xırdalan”dan isə Cakori Arçi (27 xal, 5 ribaund) olub.