Bu gün “Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.
Günün ikinci matçında qrup liderliyi uğrunda “Neftçi” və “Xəzri” komandaları üz-üzə gəliblər. Bu qarşılaşmada təmsilçimiz 80:67 hesabı ilə qələbə qazanıb və A qrupunun lideri kimi yarımfinala yüksəlib. Bununla da komandamız qrup mərhələsin məğlubiyyətsiz başa vurub.
Ən məhsuldar basketbolçular “Neftçi”dən Kamran Məmmədov (26 xal, 4 ribaund), “Xəzri”dən isə Oubri Makalpayn (26 xal, 5 ribaund) olub.