Azərbaycan Basketbol Liqasının 11-ci turu çərçivəsində “Neftçi” klubu “Cəlilabad” ilə qarşılaşıb. “Sərhədçi” İdman Mərkəzində təşkil olunan və gərgin mübarizə şəraitində keçən qarşılaşma təmsilçimizin 72:63 hesablı qələbəsi ilə sona yetib. Ən məhsuldar basketbolçular “Neftçi”dən Torace Breyk (20 xal, 11 asist), “Cəlilabad”dan isə Rişan Conson (15 xal, 10 ribaund) olub.