Bu gün Azərbaycan Basketbol Liqasında XV tura bir oyunla start verilib.
“Sərhədçi” İdman Mərkəzində keçirilən turun açılış oyununda “Neftçi” və “Gəncə” komandaları üz-üzə gəliblər. Təmsilçimiz daha üstün oyun sərgiləyib və rəqibini 97:62 hesablı ilə məğlubiyyətə uğradıb.
Ən məhsuldar basketbolçular “Neftçi”dən DiAncelo Stüart (17 xal, 7 ribaund), “Gəncə”dən isə İrşad Hant (19 xal, 11 ribaund) olub.