Azərbaycan Basketbol Liqasında 14-cü turun açılış oyunu gerçəkləşib.
“Sərhədçi” İdman Mərkəzində keçirilən günün yeganə qarşılaşmasında “Neftçi” “Sabah”la üz-üzə gəlib. Təmsilçimiz böyük əzmkarlıq nümayiş etdirərək güclü rəqibini 101:87 hesabı ilə məğlubiyyətə uğradıb.
Ən məhsuldar basketbolçu adına “Sabah”dan Mayk Holton (17 xal, 5 asist), “Neftçi”dən isə Alfonso Uilis (25 xal, 6 ribaund) layiq görülüb.