Bu gün Azərbaycan Basketbol Liqasında IX tura start verilib.
“Neftçi” komandası bu tur çərçivəsində “Sərhədçi” ilə üz-üzə gəlib. “Sərhədçi” İdman Mərkəzində təşkil olunan qarşılaşma gərgin mübarizə şəraitində keçib.
Yekunda təmsilçimiz rəqibini 88:86 hesabı ilə məğlub edib. Beləliklə, komandamız birinci dövrəni və 2023-cü ili qələbə ilə başa vurub.
Qeyd edək ki, bu qələbə sayəsində “Neftçi” komandası xallarının sayını 15-ə çatdırıb və turnir cədvəlinin liderlər qrupunda öz yerini bir qədər də möhkəmləndirib.