Azərbaycan Basketbol Liqasında III turun daha bir oyunu keçirilib.
Bu tur çərçivəsində “Neftçi” “Şəki” komandası ilə üz-üzə gəlib. “Sərhədçi” İdman Mərkəzində təşkil olunan görüş “Neftçi”nin aşkar üstünlüyü şəraitində keçib və komandamızın inamlı qələbəsi ilə sona yetib – 90:64.
Qarşılaşmada ən məhsuldar basketbolçular “Neftçi”dən Taroce Breyk (23 xal, 2 ribaund), “Şəki”dən isə Pol Dibal (39 xal, 13 ribaund) olub.