Azərbaycan Basketbol Liqasında 13-cü turun oyunları davam edir.
Tur çərçivəsində “Neftçi” komandası bu gün “Sumqayıt”ı sınağa çəkib. “Sərhədçi” İdman Mərkəzində gerçəkləşən qarşılaşma əvvəlcə bir qədər gərgin keçsə də, tədricən komandamız matça nəzarəti ələ alıb və gözəl oyun nümayiş etdirərək rəqibi üzərində 113:96 hesablı qələbə qazanıb. Təmsilçimizin qalibiyyətində yeni transfer olunmuş amerikalı basketbolçuların hər ikisi böyük pay sahibi olub.
Ən məhsuldar basketbolçular “Neftçi”dən DiAncelo Stüart (24 xal, 4 asist), “Sumqayıt”dan Lenard Dikson (29 xal, 6 ribaund) olublar.