
Basketbol üzrə Azərbaycan kubokunda səkkizdəbir final mərhələsinə yekun vurulub. Bu mərhələdə “Neftçi” Sumqayıtın eyniadlı komandası ilə qarşılaşlb.
Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan oyunda təmsilçimiz rəqibinə 103:90 hesabı ilə qalib gəlib və dörddəbir finala vəsiqə qazanıb.
Qeyd edək ki, “Neftçi” bu mərhələdə “Sabah”la üz-üzə gələcək.


