• Yanvar 10, 2026
  • Redactor Neftchi
  • 0

Azərbaycan Basketbol Liqasının XII turunda bu gün A qrupunda daha iki oyun keçirilib.

Bu tur çərçivəsində “Neftçi” “Şəki” komandası ilə üz-üzə gəlib. “Sərhədçi” İdman Mərkəzində təşkil olunan qarşılaşma təmsilçimizin üstünlüyü şəraitində keçib və komandamız rəqibini 82:60 hesabı ilə məğlub edib.