Bu gün “Neftçi” Azərbaycan Basketbol Liqasının V turunda “Sabah”la qarşılaşıb. Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunan oyun gərgin mübarizə şəraitində keçib. İnamla çıxış edən təmsilçimiz yekunda çempionatın əsas favoriti olan güclü rəqibini 96:93 hesabı ilə məğlubiyyətə uğradıb.
Ən məhsuldar basketbolçular “Neftçi”dən Toraje Breyk (27 xal, 9 ribaund), “Sabah”dan isə Kivon Devenport (22 xal, 9 ribaund) olub.
Qeyd edək ki, bu qələbə sayəsində “Neftçi” komandası xallarının sayını 9-a çatdırıb və turnir cədvəlinin liderliyinə yüksəlib.