Bu gün “Neftçi” Azərbaycan Basketbol Liqasının IV turunda “Sumqayıt”la üz-üzə gəlib. Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən görüşdə Anar Sarıyevin yetirmələri çox gözəl oyun sərgiyiblər və matç komandamızın 90:73 hesablı qələbəsi ilə başa çatıb.
“Sumqayıt”ın heyətində ən məhsuldar basketbolçu Smit Roderik (22 xal, 9 ribaund), “Neftçi”də isə Kamran Məmmədov (21 xal, 4 asist) olub.
Qeyd edək ki, təmsilçimiz hazırda 7 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.