Basketbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb. On komanda beş iştirakçıdan ibarət iki qrupa bölünüb.
Komandamız A qrupunda yer alıb. “Neftçi”nin rəqibləri “Xəzri”, “Cəlilabad”, “Xırdalan” və “Sumqayıt” olub.
Komandalar bir-biriləri ilə dairəvi sistemlə oynayacaqlar. Qruplarda ilk iki yeri tutanlar yarımfinala vəsiqə qazanacaqlar.
Qeyd edək ki, kubokun oyunları mart və aprel aylarında keçiriləcək.