“Neftçi” İdman Klubunun boksçusu Tural Sarıyev Monteneqronun Budva şəhərində keçirilən Avropa kubokunda bürünc medala layiq görülüb. Qırx səkkiz kiloqram çəki dərəcəsində mübarizə aparan dəri əlcək ustamız  yarımfinalda rusiyalı Artiş Soyanla görüşdə məğlub olub və yarışı üçüncü pillədə başa vurub.
Bu mərhələdə 63,5 kq çəkidə israilli  Ahmat Ştivi  döyüşdən imtina etdiyi üçün klubumuzun digər təmsilçisi Malik Həsənov finala vəsiqə qazanıb və həlledici görüşdə  mübarizə aparacaq. Onun çempionluq uğrunda rəqibi rusiyalı Qabil  Məmmədov olacaq.