Futbol üzrə Birinci Liqada VI turun oyunlarına start verilib.
“Qaradağ Lökbatan” bu turda “Karvan”la qarşılaşıb. Yevlax şəhər stadionunda keçirilən matçda komandamız rəqibini üstələyib və növbəti qələbəsini qazanıb – 2:1. Futbolçularımızdan Murad Qayalı (38′) və Xəlil Bəşirov (44′) fərqləniblər.