“Neftçi” İdman Klubunun boksçuları Rusiyanın Xabarovsk şəhərində keçirən Konstantin Korotkov Memorialında 2 medala sahib olublar. İdmançılarımızdan Maqsud Xasmetov (60 kq) bütün döyüşləri qalibiyyətlə başa vurub və turnirin qalibi olub. Digər təmsilçimiz Mirşərif Kazımzadə (75 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.