Bakıda kişi və qadın boksçular arasında keçirilən ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinə yekun vurulub.
“Neftçi” İdman Klubunun təmsilçiləri inamla çıxış edərək yarışın 7 medalını (2 qızıl, 1 gümüş, 4 bürünc) qazanıblar.
Boksçularımızdan Tayfur Əliyev (60 kq) və Malik Həsənov (65 kq) bütün döyüşlərdən qalib ayrılaraq turnirin qalibi olublar. Yalnız həlledici final qarşılaşmasında məğlub olan Məhəmmədəli Aşırəliyev (60 kq) gümüş medala layiq görülüb. Digər idmançılarımız – Emili Rzayeva (65 kq), Sərxan Əliyev (70 kq), Səidcəmşid Cəfərov (75 kq) və Murad Allahverdiyev (85 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Qeyd edək ki, Bakı Boks Mərkəzində təşkil olunan və 6 gün davam edən yarışda 10 ölkənin 126 idmançısı medallar uğrunda mübarizə aparıb.
