• Dekabr 7, 2025
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun boksçuları Rusiyanın Yuqorsk şəhərində neft ölkələri arasında keçirilən Dünya Kubokunda 2 medal qazanıblar.

Təmsilçilərimizdən Malik Həsənov (67 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Enxtor Teqşjarqalı (Monqolustan) məğlubiyyətə uğradıb. Digər boksçumuz Əli Miriyev (60 kq) isə bürünc mükafata layiq görülüb.

Qeyd edək ki, turnirdə 15 ölkənin idmançıları mübarizə aparıblar.