• May 30, 2025
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun təmsilçiləri Qazaxıstanın Almatı şəhərində ordu generalı Sadaqat Nurmaqambetovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirdə 3 medal əldə ediblər.
Boksçularımızdan Maqsud Xasmetov (63,5 kq) finalda qazaxıstanlı Nurlibek Usmanovu məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Tural Sarıyev (51 kq) və Sərxan Əliyev (71 kq) isə yarışın bürünc medalına layiq görülüblər.