Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-15 Avropa birinciliyində yarımfinal döyüşləri sona yetib.
“Neftçi” İdman Klubunun yığma komandamızın heyətində yer alan boksçularından Nurlan Müseyibli bu mərhələdə (66 kq) türkiyəli Arda Fidanla qarşılaşıb. Rəqibini 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edən idmançımız Avropa birinciliklərində ardıcıl üçüncü dəfə finala yüksəlib. Qitə birinciliyinin son qalibi həlledici görüşdə Evander Dikinsonla (İngiltərə) üz-üzə gələcək.
Digər təmsilçimiz Elcan Musazadə (50 kq) isə turnirin bürünc medalı ilə kifayətlənib.

