Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında keçirilən Millətlər Kubokuna yekun vurulub. Yarışda 10 ölkədən 102 boksçu qalib adı uğrunda mübarizə aparıb.
“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan təmsilçisi Emili Rzayeva (63 kq) turnirdə inamla çıxış edərək gənclər arasında qızıl medala sahib olub. Xanım idmançımız həlledici final görüşündə rusiyalı Kira Leonovanı məğlubiyyətə uğradıb.
Qeyd edək ki, Emili Rzayeva öz yaş qrupunda “ən yaxşı boksçu” nominasiyasının qalibi olub.