“Neftçi” İdman Klubunun boksçusu Malik Həsənov (63,5 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Təmsilçimiz bu uğura Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində nail olub. O, dörddəbir finalda kolumbiyalı Xose Manuel Viafara ilə üz-üzə gəlib. Rəqibinə 3:2 hesabı ilə qalib gələn Malik Həsənov yarımfinala yüksəlməklə yanaşı, Paris Olimpiadasına lisenziyanı da rəsmiləşdirib.