Monteneqronun Budva şəhərində gənc boksçular arasında ənənəvi Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində yarımfinal mərhələsinə yekun vurulub. “Neftçi” İdman Klubunun 51 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçusu Zidan Hümbətov inamla çıxış edərək finala qədər irəliləyib. İdmançımız həlledici qarşılaşmada rusiyalı Arseniy Jiltsovla üz-üzə gəlib. Rəqibini məğlub edən Zidan Hümbətov mötəbər turnirin qızıl medalına sahib olub.