Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-15 Avropa birinciliyi başa çatıb. Yarışda 32 ölkədən 369 idmançı çempionluq uğrunda vuruşub.
“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində təmsil olunan boksçusu Nurlan Müseyibli həlledici final qarşılaşmasında Evander Dikinsona (İngiltərə) məğlub olub və gümüş medala sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl klubumuzun digər təmsilçisi Elcan Musazadə (50 kq) turnirin bürünc medalını qazanmışdı.
