“Neftçi” İdman Klubunun təmsilçiləri Babək Abdullayev (40 kq) və Elcan Musazadə (50 kq) Rusiyanın Belebey şəhərində məktəbli boksçular arasında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş beynəlxalq turnirdə uğurlu çıxış ediblər. Boksçularımız inamla mübarizə apararaq bütün döyüşlərdən qalib ayrılıblar və yarışın qızıl medalına sahib olublar.