
“Neftçi” İdman Klubunun boksçusu Səfdər Məmmədzadə (+80 kq) bu gün III MDB Oyunlarında final görüşünə çıxıb. Yevlax Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə idmançımız rəqibinə qalib gələrək qızıl medala sahib olub.
Xatırladaq ki, daha əvvəl samboçularımız MDB Oyunlarında 3 (1 qızıl, 1 gümüş, 1 bürünc), güləşçilərimiz 7 medala (1 qızıl, 4 gümüş, 2 bürünc) sahib olublar. Qılıncoynadanlarımız bir gümüş, boksçularımız isə 4 bürünc medal əldə ediblər.
Qeyd edək ki, klubumuz turnirdə 7 idman növündə 20 idmançı ilə təmsil olunur.