Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında yarımfinal döyüşləri başa çatıb.
“Neftçi” İdman Klubunun təmsilçisi Sərxan Əliyev (70 kq) bu mərhələdə məğlub olub və nüfuzlu yarışın bürünc medalına layiq görülüb.
Digər boksçumuz Səidcəmşid Cəfərov (80 kq) isə yarımfinalda Husseyn İaşaişdən (İordaniya) güclü olub – 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28). O, qızıl medal uğrunda görüşdə Sultan Osmanlı (Türkiyə) ilə üz-üzə gələcək.
