“Neftçi” İdman Klubunun cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medala layiq görülüb. Doxsan kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici final görüşündə Türkiyə təmsilçisi Mixael Zqanka məğlub olaraq ikinci olub.Xatırladaq ki, daha əvvəl klubumuzun digər cüdoçusu Zelim Tçkayev (81 kq) də gümüş medal qazanıb.