Şimali Kipr Türk Respublikasının Girnə şəhərində 11-ci Dünya Budo Döyüş Növləri Çempionatı keçirilib.
Beynəlxalq yarış Dünya Budo Döyüş Növləri Federasiyası (World Budo Martial Arts Federation) və yerli federasiyanın rəhbəri Eyüp Zafer Gökbilenin təşkilatçılığı ilə reallaşıb. “Neftçi” İdman Klubunun təmsilçiləri turnirdə uğurla çıxış edərək 2 qızıl medal qazanıblar. İdmançılarımızdan Nuray Həsənzadə (46 kq) və Məhəmməd Əliyev (60 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

