
Çimərlik güləşi üzrə yeniyetmələr və böyüklər arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.
Çimərlik Arenasında təşkil edilən yarışda yeniyetmələr arasında “Neftçi” İdman Klubunun təmsilçilərindən Əlirza Heybətli (60 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Tunar Quliyev (70 kq) və Nihad Qədimov (80 kq) isə üçüncü yeri tutub.
Böyüklərin mübarizəsində Sahib Dadaşov (80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Vüsal Əliyev (80 kq) gümüş, Elman Məmmədov (70 kq) və Vüqar Hümbətov (90 kq) isə bürünc medala layiq görülüb.