
“Neftçi” İdman Klubunun və SOCAR-ın Sosial İnkişaf İdarəsinin birgə təşkilatçılığı ilə ”Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş neft, qaz və kimya sənayesi müəssisələrinin əməkdaşları arasında çimərlik voleybolu üzrə turnir keçirilib. Avropa Oyunları Parkında baş tutan yarışda 15 komanda mübarizə aparıb.
Qadınların mübarizəsində Sosial İnkişaf İdarəsinin komandası hamıdan üstün olub. Bakı Ali Neft Məktəbi ikinci, “Azərkimya” İstehsalat Birliyinin komandası isə üçüncü yerə çıxıb.
Kişilər arasında təşkil olunan yarışda “BOS Şelf-2” komandası liderliyə yüksəlib. “BOS Şelf-1” gümüş, Bakı Ali Neft Məktəbinin komandası isə bürünc medala layiq görülüb.
Yer tutmuş komandalar “Neftçi” İdman Klubunun diplom və medalları ilə mükafatlandırılıb.











