• İyul 5, 2025
  • Redactor Neftchi
  • 0

Cüdo üzrə kişilər arasında Liqa yarışının II turu keçirilib. Fövqəladə Hallar Nazirliyinin “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində baş tutan yarışda 39 klub və idman cəmiyyətindən olan 170 idmançı 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparıb.

“Neftçi” İdman Klubunun təmsilçilərindən Nəriman Mirzəyev (73 kq) və Nihad Şıxəlizadə (100 kq) yarışın gümüş medalına layiq görülüblər. Nurlan Kərimli (66 kq), Xanəhməd Şərifov (73 kq) və Adil Adilzadə (90 kq) isə üçüncü yeri tutublar.

Qeyd edək ki, cari ildə kişilər arasında Liqa yarışının üç turunun da keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.