Yeniyetmələr (2007-2009)  arasında cüdo üzrə “Neftçi” İdman Klubunun birinciliyi keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan yarış Sumqayıt Təlim-İdman Zalında təşkil olunub. Gərgin mübarizə şəraitində keçən turnirdə 7 çəki dərəcəsi üzrə 100-dən artıq yeniyetmə idmançı bacarığını nümayiş etdirib.
Birincilikdə Əli Əliyev (46 kq), Məhəmməd Rüstəmli (50 kq), Ömər Qərənizadə (55 kq), İlyas Ələkbərli (60 kq), İmaməli Əliyev (66 kq), Əbülfəz İbrahimov (73 kq) və Vidad Əliyev (81 kq) bütün rəqiblərinə qalib gələrək yarışın qalibi adını qazanıblar.
Qalib və mükafatçılara “Neftçi” İdman Klubu tərəfindən diplom və medallar təqdim olunub.
Medalçıları təqdim edirik:

46 kq
1. Əliyev Əli
2. Şirəliyev Bəhruz
3. Rzayev Allahverdi
3. Əliyev İdris

50 kq
1. Rüstəmli Məhəmməd
2. Babayev Rahid
3. Namazov Rövşən
3. Niftullayev Yusif

55 kq
1. Qərənizadə Ömər
2. Abdulmanaflı Əli
3. Abdulmanaflı Hüseyn
3. Kərimli Kərim

60 kq
1. Ələkbərli İlyas
2. Məmmədli Ruslan
3. Quliyev Əli
3. Əlizadə Baba

66 kq
1. Əliyev İmaməli
2. Məlikov Şaval
3. Soltanov Elnur
3.  Həmidov Sənan

73 kq
1. İbrahimov Əbülfəz
2. Şirəlizadə Elgün
3. Məmmədov Elton
3. Əfəndiyev Ömər

81 kq
1. Əliyev Vidad
2. Qasımov Səyyar
3. Əsgərov Müzəffər