İyirmi bir yaşadək gənc cüdoçular arasında Bakı şəhər birinciliyi sona yetib. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində baş tutan yarışda 16 çəki dərəcəsində 169 cüdoçu medallar uğrunda mübarizə aparıb.”Neftçi” İdman Klubunun yetirmələrindən İbad Əmirov, Nihat Şıxəlizadə və Xumar Qasımzadə bütün rəqiblərini məğlub edərək paytaxt çempionu olublar. Taryel Şıxəliyev və Lalə Yusifova isə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.Qeyd edək ki, cüdoçularımız komanda hesabında üçüncü yeri tutublar.